idman

"Gözəl həyatım var, amma..."

  • 13 Sep 2017
  • 254 baxış

"Hoffenhaym"ın gənc məşqçisi Yulian Naqelsmann "Bavariya"da işləmək arzusunu gizlətməyib. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Naqelsmann "Eurosport"un canlı efirində bu kluba simpatiyasını ifadə edib.

""Bavariya" arzularımda xüsusi yerə malikdir. Mən Landsberq-am-Lexdə dünyaya gəlmişəm, bir neçə il Münhendə yaşamşam. Orda evim tikilir. Yaxın vaxtlarda ailəm Münhenə köçəcək. Ora bizim doğma şəhərimizdir. "Bavariya"nın baş məşqçisi olmasam belə xoşbəxt insan kimi öləcəm. Gözəl həyatım var, amma "Bavariya" onu daha da gözəlləşdirə bilər. Bu o demək deyil ki, uğurum tamamilə bu klubdan asılıdır".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR