idman

"Fil fantastik oyunçudur"

  • 11 Sep 2017
  • 245 baxış

"Liverpul"un baş məşqçisi Yurqen Klopp Premyer Liqanın 4-cü turunda Filippe koutinyonu meydana buraxmamasının səbəbini izah edib. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Çempionlar Liqasında "Sevilya" ilə baş tutacaq oyundan öncə təşkil olunan mətbuat konfransında alman mütəxəsis bunları deyib:

"Çətin mövsümü nəzərə alıb Koutinyonu "Mançester Siti" ilə oyunda meydana buraxmadım. O, uzun uçuşdan qayıtmışdı. 3 həftə idi bizimlə məşq etmirdi. Biz 3 gündən bir oyun keçiririk. Ona görə qərara aldıq ki, 3-4 yaxşı məşq edib növbəti oyuna qədər hazır vəziyyətə gəlsin. İndisə yaxşı xəbərlərimiz var. Fil fantastik oyunçudur. Tezliklə onun xidmətlərindən yararlanmağa ümid edirik".

"Liverpul" - "Sevilya" qarşılaşması sentyabrın 13-ü saat 22:45-da başlayacaq.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR