idman
Mövsümün ilk "El klasiko"sunun vaxtı dəyişdirildi
İspaniya Primerasının 17-ci turunda baş tutacaq "Real Madrid" - "Barselona" matçının yeni tarixi açıqlanıb.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, oyun dekabrın 23-ü, yerli vaxtla saat 13:00-da keçiriləcək. Təqvimdə mövsümün ilk "El Klasiko"su dekabrın 20-ə planlaşdırılmışdı.
Amma "Real" 6-16 dekabr tarixlərində BƏƏ-də təşkil olunacaq Klublararası Dünya çempionatında qüvvəsini sınayacağından La Liqa "Barselona" ilə prinsipial oyunun vaxtını dəyişdirməyə razılıq verib. Tərəflər arasında baş tutan İspaniya Superkuboku matçlarında "Real" rəqibini 3:1 və 2:0 hesabıyla məğlub etmişdi.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR