idman
"Fənərbağça"da son illərin ən yaxşısı Vitor Pereyradır
"Fənərbağça" Türkiyə Superliqasında cari mövsümə uğursuz start verib. "Sarı lacivərdlilər" ilk 4 oyunda cəmi 1 qələbə qazanmaqla 5 xal toplaya bilib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, baş məşqçi Aykut Kocaman bu baxımdan yalnız Dik Advokaatı qabaqlayıb. Ersun Yanal, İsmail Kartal və Vitor Pereyra isə daha yaxşı nəticə göstərmişdi. 2013/14 mövsümündə Yanalla mövsümə başlayan "Fənər" ilk oyununda uduzsa da, sonrakı 3 oyununda maksimum nəticə göstərmişdi. Vitor Pereyra isə komandaya ilk 4 turda 10 xal qazandırmışdı. Son illərdə ən pis nəticə isə Advokaata aiddir. Holland mütəxəssisin rəhbərliyi altında "Fənərbağça" 4 oyunda cəmi 4 xal qazanmışdı.
XalqTV.com
RƏYLƏR