idman

"Kevin de Bruyne mənə Bekhemi xatırladır"

  • 11 Sep 2017
  • 243 baxış

"Mançester Yunayted"in sabiq futbolçusu Qari Nevill Belçika millisinin üzvü Kevin de Bruyne haqqında xoş fikirlər səsləndirib. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Nevill onun ötən gün baş tutan "Mançester Siti" - "Liverpul" (5:0) oyunundakı performansını yüksək qiymətləndirib.

"De Bruyne əla keyfiyyətlərə malikdir. Mən hava ötürmələrinin ustası Devid Bekhemlə eyni komandada oynamışam. Kevin bir az onu xatırladır. Bu futbolçu hər şey dəqiq və düşünülmüş şəkildə edir. Onun cərimə meydançalarına asmaları o qədər dəqiqdir ki, hədəf kimi yerdə olan qəpiyə də düşər".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR