idman

"Ora keçməklə bağlı tərəddüdüm olmadı"

  • 11 Sep 2017
  • 225 baxış

"Marsel"in müdafiəçisi Aymen Abdennur "Zenit"də tibbi müayinədən keçsə də, fikrindən daşınması barədə yenə danışıb. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, futbolçu bunları deyib:

"Son 2 ayda "Marsel"lə danışıqlar aparırdım. Müntəzəm olaraq əlaqədə idik. Belə komandanın mənə maraq göstərməsindən məmnun idim, amma konkret təklif almamışdım. Bundan başqa İngiltərə və Rusiyadan da təklif vardı. Nəticədə zəngin tarixə və gözəl stadiona malik "Zenit"i seçdim. 2018-ci il dünya çempionatının Rusiyada keçiriləcəyini də nəzərə almışdım. Amma son anda "Marsel" yenidən mənimlə maraqlanmağa başladı. Buna görə qərarımı tez bir zamanda dəyişdim. "Marsel" Fransanın ən yaxşı klublarından biridir. Ora keçməklə bağlı tərəddüdüm olmadı".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR