idman

"Çelsi"- "Qarabağ" oyununu idarə edəcək HAKİMLƏR

  • 10 Sep 2017
  • 222 baxış

Çempionlar Liqasının qrup mərhələsinin "Çelsi"- "Qarabağ" matçının hakimləri müəyyənləşib.

XalqTV.com qafqazinfo-ya istinadən xəbər verir ki, oyunu Yunanıstan Futbol Federasiyasından olan hakimlər briqadası idarə edəcək.

UEFA-nın qərarına əsasən, Anastasios Sidiropoulos baş hakim, Polixronis Kostaras, Lazaros Dimitriadisı yan xətt hakim təyin olunublar. Xaralambos Kalogeropoulos və Alexandros Aretopoulos əlavə yardımçı hakim funksiyanı yerinə yetirəcək. Dördüncü hakim Damianos Efthimiadis olacaq.

Qeyd edək ki, "Çelsi" - "Qarabağ" oyunu sentyabrın 12-də keçiriləcək.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR