idman

İniesta: "Getsəm də, qalsam da, "Barselona" mənim evimdir"

  • 10 Sep 2017
  • 246 baxış

"Barselona"nın kapitanı Andres İniestanın katalonlarla cari müqaviləsi 2018-ci ilin yayında başa çatır.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, təcrübəli futbolçu bunları deyib:

"Klubla danışıqlar çoxdan gedir. Mənim üçün əsas olan yaxşı mövsüm və qarşıya qoyulan məqsədlərə nail olmaqdır. Getsəm də, qalsam da, "Barcelona" mənim evimdir. Məni tanıyanlar bilir ki, özümü heç vaxt klubdan yüksəyə qoymuram."Barcelona" prezidentinə qarşı çıxmamışam. Vəziyyəti olduğu kimi danışmışam. Bir sıra amilləri nəzərə alıram. Bu normaldır. Hələ qərar qəbul etməmişəm. Həmişəkindən daha çox işimə köklənmişəm.

Yay transfer pəncərəsində onunla "Yuventus"un maraqlandığı barədə xəbərlər yayılmışdı.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR