"Neftçi" Sumqayıtla üz-üzə
Bu gün Azərbaycan Premyer Liqasında IV tura yekun vurulacaq.
XalqTV.com-ın apasport.az-a istinadən məlumatına görə, həftənin sonuncu matçı Sumqayıtda baş tutacaq.
Burada eyniadlı komanda "Neftçi"ni sınağa çəkəcək. Azərbaycanın ən titullu komandası mövsümdə ilk qələbəsini qazanmağa çalışacaq.
Elşad Əhmədovun yetirmələri 3 xal qazansa, 2-3 pillə irəliləmək imkanı əldə edəcək. Sumqayıtlılar isə ardıcıl 2 məğlubiyyətdən sonra xal almaq istəyindədi.
Qeyd edək ki, cəmi 4 oyundan ibarət olan turun bir matçı təxirə salınıb. Son illərin çempionu "Qarabağ" avrokuboklarda çıxışını davam etdirdiyindən "Səbail"lə matçı başqa vaxtı keçirilib.
Azərbaycan Premyer Liqası
IV tur
10 sentyabr (bazar)
19:00. "Sumqayıt" - "Neftçi"
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Cəmil Quliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Rövşən Əhmədov
Sumqayıt. Şəhər stadionu
1. | Zirə | 4 | 3 | 1 | 0 | 9-3 | 10 |
2. | Qarabağ | 3 | 3 | 0 | 0 | 6-2 | 9 |
3. | Qəbələ | 4 | 2 | 1 | 1 | 5-4 | 7 |
4. | İnter | 4 | 2 | 0 | 2 | 5-5 | 6 |
5. | Sumqayıt | 3 | 1 | 0 | 2 | 3-5 | 3 |
6 | Səbail | 3 | 1 | 0 | 2 | 2-3 | 3 |
7. | Neftçi | 3 | 0 | 1 | 2 | 1-4 | 1 |
8. | Kəpəz | 4 | 0 | 1 | 3 | 3-8 | 1 |
XalqTV.com