idman

"Qarabağ"ın rəqibinin oyunu təxirə salındı

  • 09 Sep 2017
  • 249 baxış

İtaliya A Seriyasında III turun "Sampdoriya" - "Roma" matçı təxirə salınıb.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, buna təbii fəlakət təhlükəsi səbəb olub.

Oyun sentyabrın 9-da Genuya şəhərindəki "Luici Ferraris" stadionunda keçirilməli idi. Lakin sabah şəhərdə çox güclü yağış gözlənilir. Əlverişsiz hava şəraiti ilə əlaqədar qarşılaşmanın başqa vaxt oynanılması qərara alınıb. Görüşün yeni tarixi hələ bilinmir.

"Roma" Çempionlar Liqasında "Qarabağ"la eyni qrupda yer alıb. İki komanda sentyabrın 27-də Bakıda, dekabrın 5-də isə İtaliya paytaxtında üz-üzə gələcək.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR