idman

""Barselona"nı tənqid edənləri başa düşmürəm"

  • 09 Sep 2017
  • 219 baxış

İspaniya La Liqasında mübarizə aparan "Barselona"nın baş məşqçisi Ernesto Valverde  "Espanyol"a qarşı keçiriləcək matçdan qabaq mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis yay boyunca "kataloniyalılar"ın tənqidlərə məruz qalmasını başa düşmədiyini deyib:

"İlk iki oyunumuzu qazandıq və 6 xalımız var. Məncə, hər şey olduqca yaxşı gedir. Bəzən həddən çox səs-küy yaranır, amma bura "Barcelona"dır, böyük bir klubdur. İnsanlar bəzən her şeyi şişirdirlər".

Xatırladaq ki, bu yay Neymarın 222 milyon avro qarşılığnda PSJ-yə keçməsi, əsas transfer hədəflərinin demək olar ki, heç birinin həyata keçməməsi və İspaniya Super Kuboku çərçivəsində "Real"a (Madrid) iki oyunun nəticəsinə əsasən, 5-1 hesabı ilə məğlub olmasından sonra "Barselona" tənqidlərə məruz qalmışdı. 

Qeyd edək ki, "Barselona" - "Espanyol" derbisi sentyabrın 9-da Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR