"Birgə layihələrin həyata keçirilməsini razılaşdırmışıq" - YENİLƏNİB - FOTO
16:00
"Baku International Policy and Security Network"un direktoru, fəlsəfə doktoru Elxan Ələsgərov XalqTV.com-a açıqlamasında bildirib ki, bundan sonra bu iki mərkəz daha fəal əməkdaşlıq edəcək:
"Lev Qumilyov elə rus alimlərindəndir ki, türk tayfalarının Avrasiya regionunda tarixini, onların rus xalqının etnogenezinə təsirlərini, Çin səddindən tutmuş Avropaya qədər dövlətlərin formalaşmasında türklərin yeri və rolunu tədqiq edib, böyük araşdırmalar aparıb. Bu alimin fəaliyyəti Azərbaycanın tarixi, elmi və Rusiya ilə münasibətləri üçün də böyük əhəmiyyət kəsb edib. Bunu nəzərə alaraq imzaladığımız sazişə əsasən, iki elmi mərkəzin bir-birini daha yaxından tanıması və gələcəkdə birgə layihələrin, tədbirlərin həyata keçirilməsini razılaşdırmışıq".
----------
15:32
Bakıda "Baku International Policy and Security Network" Ekspert Şurası ilə Rusiyanın Lev Qumilyov Mərkəzi arasında əməkdaşlıq barədə saziş imzalanıb.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, sazişi Lev Qumilyov Mərkəzinin direktoru Pavel Zarifullin və "Baku International Policy and Security Network"un direktoru, fəlsəfə doktoru Elxan Ələsgərov imzalayıblar.
Tədbir görkəmli rus alim-türkoloqu, qədim türklərin tarixi, onların müasir rus xalqının etnogenezinə təsiri barədə çoxsaylı elmi işlərin müəllifi Lev Qumilyovun 105 illiyi münasibətilə keçirilib.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində