idman
""Qalatasaray" azarkeşləri haqqında çox danışmağa gərək yoxdur"
"Qalatasaray"ın yeni transferi Yasmin Latovleviçi təəssüratlarını klub kanalı ilə bölüşüb. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi bunları deyib:
"Hisslərimi ifadə edəcək söz tapa bilmirəm. Böyük kluba gəlmişəm. Arzularım gerçəkləşdi. Karyeramda buna bənzər imkanlar əlimə düşmüşdü. Amma həmin vaxtlar düzgün insanlarla çalışmırdım. İqor Tudora məni istədiyi üçün təşəkkür edirəm. Gözləntiləri bilirəm. Rumıniyanın məşhur klublarından birində oynamışam və təzyiqin nə olduğu mənə tanışdır. "Qalatasaray" azarkeşləri haqqında çox danışmağa gərək yoxdur. Onlar özlərini ən yaxşı formada anladırlar. Komandanın arxasında belə bir gücü hiss etməsi inanılmaz duyğudur".
XalqTV.com
RƏYLƏR