Siyasət

Avropa İttifaqına "hərbi Şengen zonası" yaratmaq təklif edildi

  • 08 Sep 2017
  • 261 baxış

Litva Avropa İttifaqının (Aİ) rəhbərliyini Avropa məkanında qoşunların dərhal yerdəyişməsini həyata keçirmək məqsədi ilə "hərbi Şengen zonası" yaratmağa çağırıb.

XalqTV.com  report-a istinadən xəbər verir ki, Litvanın müdafiə naziri Raymundas Karoblis "hərbi Şengen zonası" layihəsinin həm prosedurların sadələşdirilməsini, həm investisiyanı, həm də infrastrukturu əhatə etdiyini bildirib.

Onun sözlərinə görə, bu layihəni bir çox dövlət dəstəkləyir, onun həyata keçirilməsi həm Aİ, həm də NATO üçün vacibdir.

"Hərbi Şengen zonası" yaratmaq təşəbbüsü Tallində Aİ-nin müdafiə qurumlarının rəhbərlərinin iclasında da müzakirə edilib. Görüş iştirakçıları əsas diqqəti daimi strukturlaşdırılmış hərbi əməkdaşlığın (PESCO) yaradılması və Avropa Müdafiə Fondunun təsis edilməsi məsələsinə ayırıblar.

Avropa Komissiyası müdafiə imkanlarını inkişaf etdirmək üçün layihələrin maliyyələşdirilməsinin mümkün olacağı Avropa Müdafiə Fondunun yaradılmasını təklif edib. Avropa Komissiyası 2020-ci ilə qədər müdafiə məqsədi ilə 500 milyon avro ayırmağı planlaşdırır.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR