İqtisadiyyat
Əfqanıstan Avropa bazarlarına Azərbaycan vasitəsilə çıxmaq niyyətindədir
Əfqanıstan Avropa bazarlarına Azərbaycan vasitəsilə çıxmaq niyyətindədir.
XalqTV.com Trend-ə istinadən bildirir ki, bunu Əfqanıstanın Ticarət-Sənaye Palatasının nümayəndəsi Siyam Psarlai deyib.
Onun sözlərinə görə, son iki il ərzində Əfqanıstanla Azərbaycan arasında ticarət münasibətləri daha da yaxşılaşıb.
Əfqanıstanın Ticarət-Sənaye Palatası ölkə hökumətinə bu cür imkanlardan istifadə edərək Azərbaycan vasitəsilə Avropaya məhsul tədarükünü artırmağı təklif edib.
XalqTV.com
RƏYLƏR