idman
Aleks Ferqyusson vaxtilə Zidanın transferinə razı olmayıb
"Mançester Yunayted" 1996-cı ildə Zinəddin Zidanın transferini reallaşdırmağa yaxın olub.
"Zidan və Erik eyni mövqedə çıxış edirdi. Ferqyusson hiss edirdi ki, Zidanı gətirsə, Kantona ruhdan düşəcək. Keçmişə nəzər salanda təəssüflənirəm. Çünki Kantona 1 ildən sonra karyerasını başa vurdu. Zidan isə daha gənc idi və futbola davam edəcəkdi" - Edvards deyib.
Zidan 1996-cı ildə "Yuventus"a, 2001-ci ildə "Real"a transfer edilmişdi. Fransalı yarımmüdafiəçi 2007-ci ildə karyerasını Madrid klubunda yekunlaşdırmışdı.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR