idman
Reynaldo klubsuz qaldı
"Qarabağ"ın sabiq futbolçusu Reynaldo Silva klubsuz qalıb.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçu ötən mövsüm üz tutduğu "Adanaspor" klubundan göndərilib. Türkiyə mətbuatının yaydığı xəbərə görə, "sambaçı"nın müqaviləsinə klub tərəfindən xitam verilib.
Qeyd edək ki, Reynaldo 2013-cü ilin yanvar ayından 2017-ci ilin yanvar ayınadək "Qarabağ"da çıxış edib. Hücumçu Ağdam klubunda 4 il ərzində bir sıra titullara yiyələnib. Ardıcıl 3 dəfə - 2013/14, 2014/15 və 2015/16 mövsümlərində Azərbaycan çempionu, 2014/15 və 2015/16 mövsümlərində isə Azərbaycan kubokunun qalibi olub.
XalqTV.com
RƏYLƏR