İqtisadiyyat

"Bakı-Tbilisi-Qars dəmir yolu iqtisadiyyatın artımına xidmət edəcək"

  • 15 May 2017
  • 266 baxış

"Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşdırılması iştirakçı ölkələrin iqtisadiyyatının artımına xidmət edir".

XalqTV.com xəbər verir ki, bunu Trend-ə "InfraNews" tədqiqat mərkəzinin baş direktoru, nəqliyyat sahəsində ekspert Aleksey Bezborodov deyib.

Ekspertin sözlərinə görə, layihənin reallaşdırılması sərhədyanı ticarətin artımına gətirib çıxaracaq ki, bu da lokal tranziti genişləndirəcək.

O qeyd edib ki, layihənin icra olunmasından sonra qida, ağac emalı və digər məhsulların istehsalı genişlənə bilər. Bunun əsasında layihənin iştirakçısı olan ölkələr öz iqtisadiyyatlarını artıra bilərlər.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR