idman
"Neymarın "Qızıl top"u qazanmasına kömək etmək istəyirəm"
PSJ-nin hücumçusu Kilian Mbappe qarşısında duran hədəflər barədə danışıb.
XalqTV.com qol.az-a istinadən xəbər verir ki, 18 yaşlı futbolçu hazırda "Qızıl top" barədə düşünmədiyini bildirib:
"Mən hazırda "Qızıl top"a iddia etmirəm. Komanda yoldaşım isə o mükafatı qazanmaq istəyir. Mənim məqsədim çoxlu qol vurmaq və Neymara kömək etməkdir.
Neymar kubokları qazanmağımızda böyük rol oynayacaq. Biz də ona dəstək olmalıyıq. Əlimdən gələni edəcəm ki, Neymar "Qızıl top"u qazansın. Bunu bacarsaq, çox şad olaram".
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR