Siyasət

"Baku Network" Ekspert Şurası ilə Lev Qumilyov Mərkəzi arasında əməkdaşlıq sazişi imzalanıb - FOTO

  • 15 May 2017
  • 245 baxış

Bakıda "Baku International Policy and Security Network" Ekspert Şurası ilə Rusiyanın Lev Qumilyov Mərkəzi arasında əməkdaşlıq barədə saziş imzalanıb.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, sazişi Lev Qumilyov Mərkəzinin direktoru Pavel Zarifullin və "Baku International Policy and Security Network"un direktoru, fəlsəfə doktoru Elxan Ələsgərov imzalayıblar.

Tədbir görkəmli rus alim-türkoloqu, qədim türklərin tarixi, onların müasir rus xalqının etnogenezinə təsiri barədə çoxsaylı elmi işlərin müəllifi Lev Qumilyovun 105 illiyi münasibətilə keçirilib.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR