idman

Qadın voleybolçularımız İtaliya yığmasını məğlub etdi - FOTO

  • 07 Sep 2017
  • 219 baxış

Avropa çempionatına hazırlığı davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi daha bir yoxlama matçını keçirib.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, baş məşqçi Faiq Qarayevin yetirmələri Milan şəhərində İtaliya millisi ilə üçüncü dəfə görüşüblər.

Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada Azərbaycan millisi rəqibinə 3:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, komandamızın İtaliya voleybolçuları ilə əvvəlki iki görüşü rəqibin xeyrinə başa çatmışdı - 3:0 və 3:2.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR