idman

FİFA Almaniya yığması ilə bağlı araşdırmaya başladı

  • 07 Sep 2017
  • 234 baxış

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Almaniya yığması cəzalandırıla bilər.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, FİFA Bundestimlə bağlı araşdırmaya başlayıb.

Buna səbəb DÇ-2018-in seçmə mərhələsində Çexiya ilə səfər matçında (2:1) alman azarkeşlərin hərəkətləri olub. Belə ki, sentyabrın 1-də Praqada baş tutan görüşdə qonaq komandanın 200 fanatı nasist şüarlar səsləndirib. FİFA Almaniya Futbol Federasiyasına (AFF) qarşı intizam araşdırmasına başlayıb. Məsələ ilə bağlı qərar bu ayın sonunda veriləcək.
 
AFF prezidenti Reynhard Qrindel həmin azarkeşlərin biletləri federasiyadan almadıqlarını bildirib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR