idman
"Milan"ın futbolçusu "Trabzonspor"da
"Trabzonspor" "Milan"ın futbolçusu Xose Sosanı transfer edir.
XalqTV.com qol.az-a istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanacaq.
Bu transfer üçün "Trabzonspor"un qarşı tərəfə 3,5 milyon avro ödəyəcəyi iddia edilir.
İtaliya klubunun idman direktoru Massimiliano Mirabelli də yerli mətbuata açıqlamasında Türkiyə klubu ilə anlaşdıqlarını təsdiqləyib. Keçidin yaxın 2 gündə rəsmiləşəcəyi gözlənilir.
Xose Sosa "Milan"a 2016-cı ildə Türkiyənin digər klubu "Beşiktaş"dan keçib.
Qeyd edək ki, Türkiyədə yay transfer pəncərəsi sentyabrın 8-də bağlanacaq.
XalqTV.com
RƏYLƏR