"Azərbaycanın nüfuzunun artması bəzi qüvvələri rahat qoymur"
Azərbaycanın dünyanı iqtisadi-maliyə böhranının bürüdüyü bir zamanda sürətli inkişafı, reqionda lider dövlətə çevrilməsi, bütün təziqlərə baxmayaraq daima müstəqil xarici siyasət yürütməsi Azərbaycanın bu uğurlarını həzm edə bilməyən anti-Azərbaycan qüvvələri növbəti dəfə hərəkətə gətirib.
Bu barədə XalqTV.com-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev bildirib.
/>
Onun sözlərinə görə, bütün cəhdlərə baxmayaraq, Azərbaycan öz inkişaf yolundan dönməyəcək: "Bu qüvvələr əvvələr də bir neçə dəfə bu cür qarayaxma kompaniyalarina cəhd göstəriblər. Azərbaycanda aparılan uğurlu sosial-iqtisadi siyasət, reqionların inkişafı, qeyri-neft sektorunun sürətli inkişafına nail olunması, Azərbaycanın beynəlxalq nüfuzunun günbəgün artması bu qüvvələri rahat qoymur. Artıq bu qüvvələrin şər və böhtandan başqa yolları qalmamışdır. Ancaq bu böhtan kampaniyasının heç bir əhəmiyyəti yoxdur. Azərbaycan artıq beynəlxalq aləmdə öz layiqli yerini tutmuş və özünün müəyyənləşdirdiyi inkişaf modelini təkminləşdirərək bu yolla inkişafını davam etdirəcəkdir".
İlkin İzzət
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində