"Qərbin Azərbaycana dost siyasətçilərini qorxutmağa çalışırlar"
Məndən son günlər London "Gardian", "The Washington Post" və Qərbin digər nüfuzlu KİV-lərinin Azərbaycana və onun liderə qarşı informasiya kampaniyasının məqsədi barədə çox qoruşurlar. Bunun cavabı heç də üzdə deyil.
XalqTV.com xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov bildirib.
Onun sözlərinə görə, onlar özlərini nə qədər qüdrətli qəzet hesab etsələr də, onlar anlayırlar ki, müstəqil dövlətin prezidentini qorxutmaq və öz siyasətini dəyişməyə məcbur etmək iqtidarında deyillər: "Onlar Azərbaycanın ictimai rəyinə ciddi təsir göstərə bilməzlər. Əgər yerli telekanallar və qəzetlər bu nəşrlər haqqında yazmağa və tənqid etməyə başlamasaydı, əhalinin mütləq əksəriyyəti onlar barədə məlumatsız olacaqdı".
Lakin bununla yanaşı millət vəkili hesab edir ki, onlar öz müəyyən məqsədlərinə çata bilirlər. Ona görə də bunun qarşısını almaq üçün tədbir görülməlidir: "Londonun "Gardian"ı və digər bənzər KİV-lər öz anti-Azərbaycan yazıları ilə Qərbin bizə dost siyasətçilərini qorxutmağa və onları bizim ölkəmizlə əlaqələrdən qaçmağa məcbur etməyə çalışırlar. Təəssüf ki, bu hissədə "Gardian" və digərləri qismən öz məqsədlərinə çatırlar və biz onların pis niyyətli hərəkətlərinin neytrallaşdırılması barədə düşünməliyik".
İlkin İzzət
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində