SAĞLAMLIQ

Yeni miniatür robotlar xərçəng hüceyrələrini dərhal məhv edəcək

  • 07 Sep 2017
  • 341 baxış

Üç nəfərdən ibarət beynəlxalq alimlər qrupu xərçəng hüceyrələrini tez və effektiv məhv edən mikroskopik robotlar hazırlayıb.

XalqTV.com ICTnews-a istinadən bildirir ki, ötən il robotların yaradılmasına görə kimya sahəsində Nobel mükafatına layiq görülən tədqiqatçılar bu il sınaqlara başlamaq qərarına gəliblər.

Məlumata görə, nanorobotların əvvəlcə müəyyən zülal tipinə yönəlməsi səbəbindən onlar hədəfi səhvsiz tapırlar. İşıq vasitəsilə aktivləşdirmə zamanı isə sürətlə açılmağa başlayan robotlar hüceyrənin içinə daxil olur və oradakı şişi bir neçə saniyə ərzində məhv edir. Mikroskopik robotların hədəflərin axtarışını işıqsız həyata keçirməsi, lakin hüceyrələrə yalnız işıqlandırma vasitəsilə daxil olması bildirilir.

Qeyd olunur ki, hazırda balıq və mikroorqanizmlər üzərində bir sıra eksperimentlər keçirən alimlər gələcəkdə onlardan insanın müalicəsi üçün istifadə edə biləcəklərinə ümid edirlər. Mütəxəssislərin sözlərinə görə, belə robotlar təkcə şişlərin məhvi üçün deyil, dərmanların orqanizmin müəyyən sahəsinə dəqiq çatdırılması üçün faydalı ola bilər.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45975 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 867 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 869 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 859 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 958 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO

Warning: fopen(../cache/2026/05/22/cached-xeber-6950-yeni-miniatur-robotlar-xerceng-huceyrelerini-derhal-mehv-edecek..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11