Niderland mediasıda iş adamları Azərbaycana yatırım qoymağa çağırıldı
Niderlandın PZC qəzetində həmyerlimizVüqar Abbasovun rəhbərlik etdiyi, Niderlandda fəaliyyət göstərən "Connect" təşkilatının niderlandlı iş adamlarının müraciətinə yer verilib.
"Zierikzeedəki təşkilat Azərbaycanla əlaqə yaratmaq istəyən iş adamları axtarır" yazı bu başlıqla verilib.
XalqTV.com xəbər verir ki, yazıda Niderlandın İqtisadiyyat Naziri Kampin fikirlərinə yer verilib ki, Azərbaycanda niderlandlı iş adamları üçün münbit şərait var, həmçinin texnologiya, turizm, ticarət, idxal-ixrac, kənd təsərrüfatı və s. sahələrdə.
Qeyd olunub ki, 2014-cü ildə Niderland Azərbaycan iqtisadiyyatına Türkiyə və Birləşmiş Krallıqlardan sonra ən çox sərmayə qoymuş üçüncü ölkə olub. "Zierikzeedən olan Vüqar Abbasov və Vim Van Embden" "Connect" təşkilatı vasitəsilə niderlandlı iş adamlarını Azərbaycanla iş qurmağa dəvət edirlər", - deyə daha sonra yazılıb və təşkilatın elektron poçtunun ünvanı və əlaqə telefonu qeyd olunub.
Linklə buradan tanış ola bilərlər: http://www.pzc.nl/schouwen-duiveland/stichting-zierikzee-zoekt-ondernemers-voor-azerbeidzjan~a1eb6da1/
XalqTV.com