idman
Koşta Londona qayıtdı
"Çelsi"nin hücumçusu Diyeqo Koşta Londona qayıdıb.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 28 yaşlı futbolçu son 3 ayı tarixi vətəni Braziliyada keçirib. "Zadəganlar"ın baş məşqçisi Antonio Konte ona mesaj göndərərək xidmətlərində maraqlı olmadığını bildirmişdi. Koşta isə əvəzedici komanda ilə məşqdən imtina etmişdi. "Marsa"nın ehtimalına görə hücumçu yanvarda "Atletiko Madrid"ə keçmək istəyir və formada qalmaq üçün əvəzdicilərlə məşqə çıxmağa razılaşacaq. Onun adı Premyer Liqanın iştirak ərizəsinə salınsa da, Konte Çempionlar Liqasında futbolçuya şans verməyəcək.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR