idman
"Atletiko Madrid"də yeni müqavilə
"Atletiko Madrid" baş məşqçi Diyeqo Simeone ilə yeni müqavilə imzalayıb.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, argentinalı mütəxəsislə bağlanan yeni müqavilə 2020-ci ilə kimi nəzərdə tutulub. 47 yaşlı mütəxəsisin əvvəlki müqaviləsi 2018-ci ilin yayında başa çatmalı idi. Simeone 2011-ci ildən "Atletiko"nu çalışdırır. Onun rəhbərliyi altında klub İspaniya çempionu, ölkə Kuboku və Superkuboku, UEFA Superkubokunun qalibi olub. Madrid klubu 2 dəfə Çempionlar Liqasında final da oynayıb.
Qeyd edək ki, "Atletiko" Çempionlar Liqasının qrup mərhələsində təmsilçimiz "Qarabağ"ın rəqiblərindən biridir.
XalqTV.com
RƏYLƏR