idman
"Heç kim PSJ-ni ittiham edə bilməz"
Fransa Futbol Federasiyasının (FFF) prezidenti Noel Le Qre UEFA-nın PSG klubuna münasibətinə toxunub. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Le Qre bunları deyib:
"PSJ vergi orqanları qarşısındakı öhdəliklərini həmişə yerinə yetirib. Heç kim onları vergi və sosial vəzifələrini yerinə yetirməməkdə ittiham edə bilməz. UEFA narahat olsa da, başqaları, xüsusən La Liqa rahat ola bilər. "Financial fair play"ə görə hansı böyük klublar cəzalandırılıb? Bu qaydaları kiçik klublar pozur. UEFA "Barselona", "Real" və ya ingilis klublarını cəzalandırmayıb. Hər şey paxıllıqdan da asılı ola bilər. Məhəlləyə yeni gələni qəbul etmək çətin olur".
XalqTV.com
RƏYLƏR