Siyasət
"Gürcüstanın Avropa Birliyinə daxil olması Azərbaycanın və Rusiyanın xeyrinədir" - <span class=&q
"Gürcüstanın hədəfi - Avropa Birliyinə daxil olmaqdır və mən düşünürəm ki, bu, Rusiyanın, Azərbaycanın, Ermənistanın və Türkiyənin xeyrinədir".
XalqTV.com virtualaz.org-a istinadən bildirir ki, bunu Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Polşada keçirilən 27-ci beynəlxalq iqtisadi forumda deyib.
"Gürcüstan öz qonşularının maraqlarına hörmət edir və istəyirik ki, onlar da bizim maraqlarımıza hörmət etsinlər. Güclü Avropa Gürcüstanı bütün regionun xeyrinədir, həmçinin Rusiyanın", - o vurğulayıb.
"Gürcüstan mütləq ümumi Avropanın bir hissəsi olacaq və mən buna əminəm. Gürcü xalqı öz tarixi partnyorlarının arasında olmaq üçün bunu arzu edir", - deyə Marqvelaşvili əlavə edib.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
ŞƏRH YAZ
RƏYLƏR