idman
Koutinyo Çempionlar Liqasında oynamaqdan imtina edə bilər
"Liverpul" ötən yay "Barselona" klubuna satmadığı Filippe Koutinyonun adını Çempionlar Liqasının iştirak ərizəsinə daxil edib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçu bu turnirdə oynamaqdan imtina etməklə "qisas almaq" fikrindədir. Mənbənin iddiasına görə 25 yaşlı havbek qışda "Barselona"ya keçərək ÇL-da katalonların heyətində oynamaq istəyir.
Qeyd edək ki, "Mersesaydlılar"ın baş məşqçisi Yurqen Klopp son açıqlamasında azarkeşlərə Koutinyo barədə yazılan xəbərlərə inanmamağı məsləhət görmüşdü.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR