idman

Avropa Klublar Assosasiyasına yeni prezident seçildi

  • 05 Sep 2017
  • 232 baxış

Avropa Klublar Assosiasiyasına (ECA) yeni prezident seçilib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, "Yuventus" klubunun prezidenti Andrea Anyelli qurumun yeni rəhbəri olub. Bu, ECA-nın İsveçrənin Cenevrə şəhərində keçirilən XIX Baş Assambleyasında reallaşıb. İtaliyalı futbol funksioneri təşkilatın 2-ci prezidenti kimi tarixə düşüb. 2008-ci ilin yanvarında əsası qoyulan ECA-ya indiyə qədər Karl-Haynz Rummenige rəhbərlik edib. Rummenige budəfəki seçkilərdə namizədliyini irəli sürməyib.

Qeyd edək ki, ECA Avropanın 53 milli assosiasiyasından 220 klubu birləşdirən qurumdur. Təşkilatda Azərbaycanı "Qarabağ", "Qəbələ" və "Neftçi" klubları təmsil edirlər.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR