Dünya

Fransa hökuməti: Aİ-Türkiyə danışıqlarını davam etdirmək heç cür mümkün deyil

  • 05 Sep 2017
  • 254 baxış

Türkiyədəki hazırkı siyasi vəziyyət bu ölkənin Avropa İttifaqına (Aİ) qoşulması ilə bağlı danışıqların davam etməsinə imkan vermir.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, bunu Fransa hökumətinin rəsmi nümayəndəsi Kristof Kastaner deyib.

Onun sözlərinə görə, Avropa ilə Türkiyə arasında danışıqlar artıq dayandırılıb:

"Bir şeyi dəqiq demək olar: tərəflərin indiki mövqeyini nəzərə alaraq danışıqları davam etdirmək artıq mümkün deyil. Reallıq budur ki, tərəflər arasında danışıqlar dayandırılıb".

XalqTV.com 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR