Dünya

Erməni gəlin toyda "Məşədi İbad"ın mahnısına oynadı - VİDEO

  • 05 Sep 2017
  • 335 baxış

Erməni toyunda gəlin "Uzundərə rəqsi"nin musiqisinə rəqs edib. 

XalqTV.com  baku.ws-ə istinadən xəbər verir ki, toy mərasimində qonaqların qarşısında rəqs edən gəlinin seçdiyi mahnı qədim Azərbaycan rəqslərindən biri - Uzundərə rəqsinin müsiqisidir. 

Uzundərə rəqsinin musiqisi bəstəkar Üzeyir Hacıbəyov tərəfindən "O olmasın, bu olsun" operettasında Məşədi İbadın "Mən nə qədər qoca olsam da..." mahnısında istifadə edilib. Rəvayətə görə, Uzundərə tərəkəmələrin düşərgəsi olmuş, onlar dağlar qoynundakı yaylaqlara köçərkən, yolüstü burada əylənib rəqs edər, şənlənər və dincələrmişlər.

Başqa bir rəvayətə görə isə gəlin apararkən yol dərənin içərisindən keçirmiş. Yol çoх uzun olduğundan, musiqiçilər gəlini lirik bir musiqi ilə müşayiət edirmişlər. Oğlan evindən olan qadınlar gəlinin önündə oynayıb ona xeyir dua verərmişlər.

O zamandan başlayaraq toylarda həmin musiqiyə oynamaq istədikdə "gəlini o uzun dərənin içindən apardığımız zaman başlanan musiqini çalın" deyilir. Beləliklə də, "Uzundərə" oyun havası yaranır. Bu oyun havası bir qədər Vağzalıya bənzəyir.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR