idman

"Barselona"nın Arda Turanla bağlı rəsmi qərarı

  • 05 Sep 2017
  • 228 baxış

"Barselona" Çempionlar Liqası üçün heyətini UEFA-ya təqdim edib.

XalqTV.com fanat.az-a istinadla xəbər verir ki, Kataloniya klubu 25 nəfərlik heyətinə Arda Turanın da adını yazıb.

Bununla da türk futbolçunun "Barselona"da qalacağı dəqiqləşib. Arda Turanla yanaşı, yeni transferlər Paulinyo, Osman Dembele, Cerard Deulofeu və Nelson Semedonun da adı siyahıda yer alıb.

Qeyd edək ki, bu yay Arda Turanın "Barselona"nı tərk edəcəyi ilə bağlı bir çox xəbərlər yayılıb. Baş məşqçi Ernesto Valverdenin oynatmadığı türk futbolçunun "İnter", "Mançester Yunayted", "Arsenal", "Monako" və "Qalatasaray"a keçmək ehtimalları yaranmışdı. Hətta onun Çin klublarının birindən fantastik məbləğdə transfer təklifi aldığı deyilirdi.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR