Millimizin ilk xal savaşı
Bu gün 21 yaşadək futbolçular arasında 2019-cu il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçiriləcək.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan millisi də meydana çıxacaq.
V qrupda çıxış edən yığmamız ilk ev oyununda İrlandiyanı sınağa çəkəcək.
İsraillə səfər matçında uğursuz çıxış edən Yaşar Vahabzadənin yetirmələri xal itkisi görməyən rəqiblə üz-üzə gələcək. Millimiz "Dalğa Arena"dakı qarşılaşmaya ilk xal üçün çıxacaq.
AVRO-2019-un seçmə oyunu
V qrup
5 sentyabr
19:00. Azərbaycan - İrlandiya
Baş hakim: Şandor Sabo
Baş hakimin köməkçiləri: Peter Kobor, Balaj Sert
Dördüncü hakim: Balaj Berke (hamısı Macarıstan)
Bakı. "Dalğa Arena"
1 | Kosovo | 3 | 2 | 0 | 1 | 6-3 | 6 |
2 | İsrail | 1 | 1 | 0 | 0 | 3-1 | 3 |
3 | İrlandiya | 1 | 1 | 0 | 0 | 1-0 | 3 |
4 | Norveç | 2 | 0 | 0 | 2 | 2-6 | 0 |
4 | Azərbaycan | 1 | 0 | 0 | 1 | 1-3 | 0 |
6 | Almaniya | 0 | 0 | 0 | 0 | 0-0 | 0 |
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində