idman

Loskov Rusiya futbol tarixinə düşdü

  • 15 May 2017
  • 246 baxış

"Lokomotiv"in yarımmüdafiəçisi Dmitri Loskov Rusiya çempionatı tarixində rekorda imza atıb.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Rusiya Premyer Liqasının 28-ci turunda "Orenburg"la görüşün start heyətində meydana çıxan Loskov 20-ci mövsümündə oynayıb. Bununla veteran futbolçu Serqey Semakı (19 mövsüm) geridə qoyub. Loskov 1997-2007 və 2010-13-cü illərdə "dəmiryolçular"ın şərəfini qoruyub. O, Moskva klubunda 420 oyuna çıxıb və 128 qol vurub. Bir müddət karyerasını başa vurduğunu bildirən havbek soradan yenidən yaşıl meydanlara qayıtmışdı.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR