idman

"Yuventus" futbolçu ilə yeni müqavilə imzalayacaq

  • 04 Sep 2017
  • 233 baxış

İtaliya A Seriasında mübarizə aparan "Yuventus" müdafiəçisi Aleks Sandro ilə müqavilənin müddətini uzatmağa hazırlaşır.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, futbolçuyla sazişin müddəti 2022-ci ilə qədər uzadılacaq. Həmçinin, futbolçunun maaşının da artırılacağı bildirilir. Belə ki, hal-hazırda Turin təmsilçisində 2,8 milyon avro qazanan braziliyalı oyunçu yeni sözləşməyə əsasən, 5 milyon avro məbləğində maaş alacaq. 2015-ci ildə "Portu"dan 26 milyon avro qarşılığında "Yuventus"a transfer olan Sandronun hal-hazırda klubla 2020-ci ilə qədər müqaviləsi var.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR