idman

İsrail millisinin kapitanı komandadan uzaqlaşdırılıb

  • 04 Sep 2017
  • 242 baxış

İsrail Futbol Federasiyası millinin kapitanı Eran Zahavini komandadan kənarlaşdırıb.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, buna səbəb 2018 DÇ seçmə mərhələsində Makedoniya ilə oyunda onun kapitanlıq sarğısını yerə atmasıdır. Belə ki, hesabda geri düşən komanda üzvləri azarkeşlər tərəfindən təzyiqə məruz qalmış, Zahavi isə onların fitinə dözməyərək qeyd olunan hərəkəti etmişdi.

"40 ildən çoxdur dünya çempionatına çıxa bilmirik. Belə davam etsə, qarşıdakı 40 ildə də irəli getməyəcəyik. Fit səslərini eşidəndə ürəyim parçalandı" - israilli yarımmüdafiəçi qeyd edib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR