Millimiz dünya çempionatında medal sıralamasına görə 4-cü yerdədir
Almaniyanın Hamburq şəhərində keçirilən kişi boksçular arasında dünya çempionatı başa çatıb. 9 gün davam edən yarışın yekununa əsasən medal əldə edən ölkələrin də siyahısı açıqlanıb.
XalqTV.com bildirir ki, Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, mundialda 10 çəkidən 4-də təmsil olunan yığmamız 2 medal yiyələnib. Hesabına 1 qızıl və 1 bürünc mükafat yazan komandamız medal sıralamasına görə dünya çempionatını 4-cü pillədə başa vurub. Millimiz göstərdiyi nəticəyə görə Avropada isə hamını qabaqlayıb.
Ümumilikdə, 20 ölkə Hamburqda medala sahib olub. Onlardan cəmi 6-sı çempionluq sevinci yaşayıb.
Siyahıda birinci yeri Kuba yığması tutub. Amerika qitəsinin təmsilçisi 5 qızıl və 2 gümüş medal qazanıb. İlk "üçlük"də iki Asiya təmsilçisi də yer alıb. İkinci pillədə Özbəkistan (1 qızıl, 3 gümüş, 2 bürünc) qərarlaşdığı halda, üçüncü yeri Qazaxıstan (1 qızıl, 2 gümüş və 3 bürünc) tutub. Avropa yığmaları arasında ən yaxşı nəticəyə malik millimiz isə ümumi sıralamada 4-cü olub.
Qeyd edək ki, yığmamızın heyətində Məhəmmədrəsul Məcidov (+91 kq) qızıl, Kamran Şahsuvarlı (75 kq) bürünc medal qazanıb.
N | Ölkə | Qızıl | Gümüş | Bürünc | Cəmi |
1 | Kuba | 5 | 2 | 0 | 7 |
2 | Özbəkistan | 1 | 3 | 2 | 6 |
3 | Qazaxıstan | 1 | 2 | 3 | 6 |
4 | AZƏRBAYCAN | 1 | 0 | 1 | 2 |
5-6 | Fransa | 1 | 0 | 0 | 1 |
Ukrayna | 1 | 0 | 0 | 1 | |
7 | ABŞ | 0 | 1 | 2 | 3 |
8 | Rusiya | 0 | 1 | 1 | 2 |
9 | İrlandiya | 0 | 1 | 0 | 1 |
10-20 | Avstraliya | 0 | 0 | 1 | 1 |
Kamerun | 0 | 0 | 1 | 1 | |
Kolumbiya | 0 | 0 | 1 | 1 | |
Ekvador | 0 | 0 | 1 | 1 | |
İngiltərə | 0 | 0 | 1 | 1 | |
Gürcüstan | 0 | 0 | 1 | 1 | |
Almaniya | 0 | 0 | 1 | 1 | |
Hindistan | 0 | 0 | 1 | 1 | |
Ermənistan | 0 | 0 | 1 | 1 | |
Monqolustan | 0 | 0 | 1 | 1 | |
Cənubi Koreya | 0 | 0 | 1 | 1 | |
CƏMİ | 20 | 10 | 10 | 20 | 40 |
XalqTV.com