SAĞLAMLIQ

"Danışmağa halı yoxdur, sanki, yuxudadır"

  • 02 Sep 2017
  • 330 baxış

Rafiq Hüseynovun səhhətində yaxşılığa doğru heç bir irəliləyiş yoxdur.

XalqTV.com xəbər verir ki, bu barədə APA-ya açıqlamasında xalq artisti, məşhur diktor Rafiq Hüseynovun xanımı Səbinə Hüseynova məlumat verib. 

Onun sözlərinə görə, xalq artisti hələ də reanimasiyadadır: "Əməliyyatdan sonrakı müalicələr davam edir. Səhhətində yaxşılığa doğru irəliləyiş yoxdur. Mən ümid edirdim ki, bu gün palataya köçürüləcək, amma həkimlər dedi ki, hələlik bu mümkün deyil. Həkimlərin sözlərinə görə, əməliyyatdan sonra bu cür hallar gözləniləndir".

Həyat yoldaşı əlavə edib ki, diktorun nitqində də problem yaranıb: "Danışmağa halı yoxdur, sanki yuxudadır. Mən söhbət etmək istəyirəm, amma o elə öz dediyini deyir. Xəstəxanada qalmaq istəmir, darıxır. Yemək də yemir. Avqustun 30-dan kateterlə qidalanır. Eyni zamanda oksigen maskasından da istifadə olunur".  

Qeyd edək ki, R.Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, Türkiyədə əməliyyat olunub.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45975 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 867 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 869 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 859 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 958 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO

Warning: fopen(../cache/2026/05/22/cached-xeber-6688-danishmaga-hali-yoxdur--sanki--yuxudadir..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11