idman

"Mançester Siti" futbolçu ilə yollarını ayırır

  • 15 May 2017
  • 212 baxış

Pablo Zabaleta mövsümün sonunda "Mançester Siti"ni tərk edəcək.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, onun yayda başa çatacaq müqaviləsi uzadılmayacaq. 32 yaşlı müdafiəçiyə "Vest Hem Yunayted" ciddi maraq göstərir. 9 il ərzində "Siti"nin şərəfini qoruyan argentinalı futbolçu burda 332 oyuna çıxıb. O, iki dəfə İngiltərə çempionu (2012, 2014) və ölkə kubokunun sahibi (2011) olub.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR