Siyasət

İsveçrə Azərbaycanın dinc sakinlərinin atəşə tutulmasını qətiyyətlə pisləyir

  • 01 Sep 2017
  • 267 baxış

İsveçrə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında dayanıqlı həllinin təmin olunması üçün struktur danışıqlar prosesinin tərəfdarıdır.

XalqTV.com bildirir ki, bunu  Trend-ə müsahibəsində İsveçrənin Azərbaycandakı səfiri Filipp Stalder deyib.

Səfir bildirib: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin təmin olunması üçün mandat ATƏT-in Minsk qrupuna verilib. İsveçrə bu formatın iştirakçısı olmasa da, biz Minsk qrupu həmsədrlərinin işini tam dəstəkləyirik və struktur danışıqlar prosesinin tərəfdarıyıq. İsveçrə dinc sakinlərə qarşı zorakılıq aktlarını və onların atəşə tutulmasını qətiyyətlə pisləyir".

F.Stalder qeyd edib ki, ATƏT-in yeni baş katibi Tomas Qreminger keçmiş isveçrəli diplomatdır. "İsveçrə sülh proseslərində hər zaman böyük rol oynayıb. Bu ölkədə çox sayda danışıqlar və görüşlər keçirilib".

Səfir həmçinin əlavə edib ki, İsveçrə diplomatiyası vasitəçilikdə böyük təcrübəyə malikdir: "İsveçrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşləri keçirilib. Axırıncı belə görüş 2015-ci ilin dekabrında Berndə baş tutub".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR