idman
"Lokomotiv"in baş məşqçisi Nazarov barədə xəbəri təkzib etdi
Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun "Lokomotiv"in maraq dairəsində olduğu deyilir. Buna "dəmiryolçular"ın baş məşqçisi Yuri Syomin münasibət bildirib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəsis bu informasiyanın həqiqəti əks etdirmədiyini vurğulayıb. 27 yaşlı Nazarov Almaniyanın 2-ci Bundesliqasında mübarizə aparan "Aue" klubunda forma geyinir. O, bu mövsüm çıxdığı 26 oyunda 9 qol vurub. Bunun 7-si penalti zərbələrinin payına düşür.
XalqTV.com
RƏYLƏR