idman

Ronaldu Miyatoviçin rekordunu təkrarladı

  • 01 Sep 2017
  • 214 baxış

Futbol üzrə Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu Farer adaları komandası ilə Dünya çempionatı-2018-in seçmə mərhələ oyununda het-trik edib.

XalqTV.com  report-a istinadən xəbər verir ki, 32 yaşlı hücumçu cari seçmə mərhələdə vurduğu qolların sayını 14-ə çatdırıb.

Ronaldu bununla da, o vaxtkı Yuqoslaviya yığmasının heyətində Dünya çempionatı - 1998-in təsnifat turnirində 14 qol vuran "Real" sabiq hücumçusu Predraq Miyatoviçin rekordunu təkrarlaya bilib.

Dünənki oyunda portuqaliyalılar evdə 5:1 hesabı ilə qalib gəliblər.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR