idman

"Napoli" Moskva klubuna rədd cavabı verdi

  • 01 Sep 2017
  • 211 baxış

"Spartak"ın daha bir transfer cəhdi başa tutmayıb.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Moskva klubunun "Napoli"nin hücumçusu Duvan Zapata üçün həmləsi uğursuzluqla nəticələnib. "Spartak" onu 2 il müddətinə icarəyə götürmək və 8 milyon avro satınalma bəndini müqaviləyə daxil etməyə çalışırdı. Ona 1-2 milyon avro məvacib də təklif edilmişdi. Amma Neapol klubu onu 25 milyon avroya satmaq istəyib. Ötən mövsüm "Udinese"də çıxış edən Zapata 10 qol, 3 məhsuldar ötürmənin müəllifi olmuşdu.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR