idman
"Mançester Siti"nin hücumçusu İtaliya yolunda
"Mançester Siti"nin hücumçusu Uilfrid Boni karyerasını İtaliyada davam etdirə bilər. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 28 yaşlı forvard mövsümün sonuna kimi icarə əsasında "Verona"nın şərəfini qorumağa yaxındır.
Kot-d`İvuar millisinin üzvü ötən mövsüm "Stok Siti"də çıxış edib. Ona bu yay sabiq klubu "Suonsi Siti"yə qayıtmaq təklif edilsə də, Boni A Seriyasında oynamağa daha çox maraq göstərib. O, 2015-ci ilin yanvarında 32.3 milyon avroya "Mançester Siti"nin sıralarına qoşulmuşdu.
XalqTV.com
RƏYLƏR