idman
""Qarabağ" o qədər də tanınmış komanda deyil"
"Roma"nın futbol direktoru Ramon Monçi "Marca"ya müsahibəsində "canavarlar"ın ÇL-dəki rəqibləri haqda da fikir bildiri.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 49 yaşlı ispaniyalı mütəxəssis ehtiyatlı danışıb: "Qrupdakı rəqiblərimiz güclüdür. "Chelsea" və "Atletico" kimi möhkəm rəqiblərə qarşı oynamaq çox çətindir. Onlarla müqayisədə "Qarabağ" o qədər də tanınmış komanda deyil. Onlar Çempionlar Liqasının debütantıdılar. Fikrimcə, bu qrupa düşməklə bəxtimiz gətirmədi".
Qeyd edək ki, "Roma" "Qarabağ"la ilk matçını sentyabrın 27-də Bakıda, ikinci görüşünü isə dekabrın 5-də İtaliyada keçirəcək.
XalqTV.com
RƏYLƏR