idman

"Qarabağ" fransalı hücumçu ilə maraqlanır

  • 31 Aug 2017
  • 224 baxış

"Qarabağ"ın transfer siyahısında yer alan daha bir futbolçunun adı müəyyənləşib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Ağdam klubu 28 yaşlı Yoan Mollo ilə maraqlanır. Fransalı forvard "Zenit"lə müqaviləsini artıq pozub. Ona vətəninə geri dönmə ehtimalı da var. "Marseille" futbol məktəbinin yetirməsi olan Mollo 2017-ci ilin yanvarında "Zenit"ə keçmişdi. Peterburq klubunda 7 rəsmi oyun keçirən hücumçu 1 qol vurmuşdu. O, karyerası ərzində "Monaco", "Saint Etienne", "Cannes" və "Nancy"nin də şərəfini qoruyub.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR